...

Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun həcmi açıqlanıb

İqtisadiyyat Materials 10 Avqust 2023 12:03 (UTC +04:00)
Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4 faiz artaraq, 15 milyard 80,3 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 9 milyard 79,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz artaraq, 6 milyard 6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti