...

Pivəlik arpa emalı zavodu istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 10 Avqust 2023 14:33 (UTC +04:00)
Pivəlik arpa emalı zavodu istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək - Mikayıl Cabbarov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İmişli rayonunda Azərbaycan İnvestisiya Şirkəti, "Azərşəkər" MMC və "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" hesabında paylaşım edib.

Nazir qeyd edib ki, investisiya dəyəri 25 mln. manat olan müəssisə ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək:

"Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti