Bakı. Trend:
2023-cü ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə 375,4 min ton ət, 1482 min ton süd, 1481,2 milyon ədəd yumurta, 14,8 min ton yun, 357 ton barama istehsal olunub.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1%, süd istehsalı 1,7%, yumurta istehsalı 11,9%, barama istehsalı 4,6% artıb, yun istehsalı isə 3% azalıb.