Bakı. Trend:
“Huawei Technologies Azerbaijan” Bakıda “Seeds for the Future” layihəsinin bağlanış mərasimini keçirib.
Mərasimdə çıxış edən “Huawei Azerbaijan” şirkətinin Baş İcraçı Direktoru David Xu qeyd edib ki, “Huawei” innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq, rəqəmsal dünyanı Azərbaycan xalqı üçün daha əlçatan etmək, hər bir gəncin ən son rəqəmsal texnologiyaya çıxışını hərtərəfli şəkildə təmin etmək üçün Azərbaycana dəstək olmaqdan məmnundur.
“Huawei Technologies Azerbaijan” MMC-nin Baş İcraçı Direktoru David Xu
Həmçinin Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Çi Ma əlavə edib ki, “Huawei” Azərbaycanda rəqəmsal islahatların aparılması prosesində fəal şəkildə iştirak etmişdir və Azərbaycan xalqına yüksək keyfiyyətli məhsul və texnoloji xidmətlər təqdim etməyə davam edir.
Çinin Azərbaycandakı Səfirliyinin İqtisadiyyat və Ticarət müşaviri cənab Chi Ma
“Seeds for the Future” proqramı dörd əsas dəyər əsasında qurulmalıdır: İnnovasiya, Rəqəmsallaşma, Davamlılıq və Sahibkarlıq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bütün proses ərzində bu layihəyə tam dəstək göstərib.
Belə ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində sədr vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva qeyd edib ki, biz Azərbaycanda təkcə geosiyasi dəyişikliklərin deyil, həm də iqtisadiyyatda, xüsusən də İKT sahəsində inkişafın müşahidə olunduğu çox məhsuldar dövrləri yaşayırıq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr vəzifəsini icra edən İnarə Vəliyeva
MD, ITTA Azərbaycan Beynəlxalq Biznesin İnkişafı, Lucas Tzitzis
İlk dəfə 2008-ci ildə Taylandda, 2016-cı ildə isə Azərbaycanda əsası qoyulan “Seeds for the Future” “Huawei”in ən uzun müddət dava edən və ən yüksək investisiyaya malik korporativ səviyyəli KSM flaqman proqramıdır. 2022-ci ilin sonuna qədər Azərbaycandan ümumilikdə 76 tələbə proqramı başa vurmuşdur.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, “Huawei” şirkəti Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində ICT Akademiyası yaradıb və bu yaxınlarda onun açılışı olacaqdır.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov
“Dünyada ixtisaslaşmış istedadlı kadrların yetişdirilməsində və texnoloji inkişaf üçün zəruri ekosistemin yaradılması sahələrində rəqabət müşahidə olunur. Bu məqsədə nail olmaq üçün bir çox ölkələr öz strategiyalarını işləyib hazırlayıblar. Azərbaycanın 2022-2026-cı illər üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf strategiyası vardır” - deyə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov bildirib.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov.
2023-cü ildə 5 tələbə Doha və Dubayda iki həftəlik “Seeds for the Future” təlim proqramında iştirak etmək üçün dəvət olunub. Azərbaycanın istedadlı təmsilçiləri “Huawei” Yaxın Şərq və Mərkəzi Asiya regionunun ən yaxşı komandalarından biri seçildi və Azərbaycan Komandasına gələcək biznesin inkişafı təlimlərinə müraciət etmək və Çində keçiriləcək “Tech4Good” Qlobal Müsabiqəsində 2023-də 100 000 ABŞ dolları dəyərində startap fondu uğrunda yarışmaq imkanı verilib. Bu, biznesdə uğur qazanmaq üçün daha innovativ həlləri təşviq edəcək və gənclərin irəli sürdüyü yeniliklərin gücünü həqiqətən daha çox insana çatdırmağa və yerli cəmiyyətdə davamlı inkişafı təmin etməyə imkan verəcək.
“Bu tələbələrin hansı ali məktəbdən olmasından asılı olmayaraq, onların hər biri Azərbaycanı təmsil edir. Onlar gələcəkdə “Huawei”nin tərəfdaş şirkəti ola biləcək bir ideya irəli sürə bilərlər”,- deyə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov yekunda qeyd etdi.
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov