...

Özbəkistan SPECA inkişaf konsepsiyasını hazırlamağı təklif edib

İqtisadiyyat Materials 24 Noyabr 2023 15:04 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan SPECA inkişaf konsepsiyasını hazırlamağı təklif edib.

Trend xəbər verir ki, təklifi Özbəkistan prezidenti Şavkat Mirziyoyev BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında irəli sürüb.

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyası və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası ilə birgə SPECA inkişaf konsepsiyasını hazırlamağı təklif edirəm", - o deyib.

Mirziyoyev Regional ticarətin təşviqi üzrə birgə tədbirlər planı hazırlamağın məqsədəuyğun olduğunu qeyd edib.

O həmçinin, SPECA Fondunun yaradılmasını dəstəkləyib və gələn il fondu praktiki olaraq işə salmağın vacib olduğunu bildirib.

"Tərəfdaşlığın əsas istiqamətləri üzrə işçi qruplarının səmərəliliyini kökündən artırmağın və SPECA-nın institusional əsaslarını gücləndirməyin vaxtı çatıb", - o vurğulayıb.

Bundan başqa, Mirziyoyev regional ticarətin stimullaşdırılması üçün Birgə Fəaliyyət Planının hazırlanmasının məqsədəuyğun olduğunu qeyd edib:

“Aparılan təhlillər göstərir ki, dövlətlərimizin qarşılıqlı ticarət dövriyyəsini indiki 52 milyard dollardan 2030-cu ilədək 100 milyard dollara çatdırmaq üçün hər cür imkan var, onun strukturunda sənaye məhsullarının payı 70 faiz təşkil edir”.

Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunan sammit keçirilir.

Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.

Xəbər lenti

Xəbər lenti