...

Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığı artıb

İqtisadiyyat Materials 5 Dekabr 2023 12:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənab Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş bir sıra ən vacib prioritet sahələr, o cümlədən, enerji sektoru, nəqliyyat sektoru və tranzit potensialının artırılması, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı üzrə layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi logistik zəncirlərin qırılması ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığını artırıb.

“Bu baxımdan Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirir.

Bu isə ölkəmizin Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır və iqtisadiyyatımızda əlavə dəyərin yaranmasına töhfə verir.

Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib”, - deyə Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti