...

4 sığorta vasitəçisinin lisenziyası LƏĞV EDİLDİ

İqtisadiyyat Materials 30 Dekabr 2023 17:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) daha 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

Bu barədə Trend-ə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar dekabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyalar 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti