...

Şahdəniz 2-də şərq-şimal cinahından hasilat başlandı

İqtisadiyyat Materials 27 Fevral 2024 10:33 (UTC +04:00)
Şahdəniz 2-də şərq-şimal cinahından hasilat başlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 13-də Şahdəniz 2 layihəsi çərçivəsində Şahdəniz yatağının şərq-şimal cinahından hasilat başlanıb. Bu ilin əvvəllərinə planlaşdırılmış bu əlamətdar hadisə tam təhlükəsiz şəkildə yerinə yetilirilib.

Trend xəbər verir ki, bu barədə bp məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi:

"Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir".

Qeyd edək ki, 2027-ci ilə qədər qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarındakı quyular tamamlanaraq mərhələli şəkildə istismara veriləcək. "Şahdəniz 2" (tammiqyaslı işlənmə) 17 dekabr 2013-cü il tarixindən (Bakıda yekun investisiya qərarı imzalandıqdan sonra) həyata keçirilir.

Onun dəyəri 28 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı Mərhələ 1 çərçivəsində Alfa platformasından (2006-cı ildən) və Mərhələ 2 çərçivəsində Bravo platformasından həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti