Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryolu rəhbərləri BTQ-nin başa çatdırılmasını müzakirə edəcəklər

İqtisadiyyat Materials 2 Mart 2024 12:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) idarə heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gedib.

Trend xəbər verir ki, səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmiryolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işləri ilə tanış olmaqdır.

Həmçinin, Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan və Türkiyənin dəmiryolu idarələrinin rəhbərləri ilə görüşəcək. Görüşdə BTQ layihəsinin tam başa çatdırılması, yükdaşımaların həcminin artırılması və s. məsələlər diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti