...

Azərbaycan və Türkiyə investisiya layihələrinin reallaşdırılma imkanlarını müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 1 Aprel 2024 14:27 (UTC +04:00)
Azərbaycan və Türkiyə investisiya layihələrinin reallaşdırılma imkanlarını müzakirə edib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə investisiya layihələrinin reallaşdırılma imkanlarını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" platformasında yazıb.

"Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşir. Türkiyənin "Koç Holding" və "Aksoy Holding" şirkətlərinin nümayəndələri ilə keçirdiyimiz görüşdə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə nazir yazıb.

Qeyd edək ki, Mərkəzi Bankn məlumatlarına görə, 2023-cü ildə Azərbaycandan xarici ölkələrə investisiyaların həcmi 3,1 milyard ABŞ dolları olub. Azərbaycandan ən çox investisiyaların həyata keçirildiyi 3 ölkə siyahısına Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) daxil olub.

Öz növbəsində, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 6,7 milyard ABŞ dolları olub. Azərbaycan iqtisadiyyatına ən çox BXİ yatıran 5 ölkə siyahısına Böyük Britaniya (1,857 milyard dollar), Türkiyə (1,302 milyard dollar), Kipr (791,594 milyon dollar), Rusiya (617,339 milyon dollar) və İran (395,983 milyon dollar) daxil olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti