...

Ümumi daxili məhsulun proqnozlaşdırılması olduqca vacibidi - Samir Şərifov

İqtisadiyyat Materials 23 May 2024 14:06 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi daxili məhsulun proqnozlaşdırılması olduqca vacibidir. Biz çalışmalıyıq ki, bizim dövlət büdcəsinin xərclərinin artım templəri iqtisadiyyatın artımı templəri ilə uzlaşsın. Yəni ondan çox olmasın.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, onun çox olması müəyyən bəlli bir müddət ərzində iqtisadiyyat üçün qəbul ediləndir.

“Amma bunun davamlı şəkildə edilməsi düşünülmüş siyasət olmayacaq”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti