Bakı. Trend:
Azərbaycanda bərpa olunan enerji mənbələri (BEM) sahəsində yeni layihələr "yaşıl" artımın gücləndirilməsinə yönəlib.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, COP28-in prezidenti Sultan Əhməd Əl Caber Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” sərgilərinin açılışında deyib.
"Bu gün Azərbaycan və BƏƏ BEM layihələrinin üç təməlqoyma mərasiminin şahidi olacaq. Bu faktiki olaraq "yaşıl" artımın gücləndirilməsinə, inkişafa və ölkənin qlobal səviyyədə dayanıqlı inkişafının dəstəklənməsinə yönəlmiş tərəfdaşlıq tarixinə əsaslanır", - o deyib.
Onun sözlərinə görə, məhz bu cür tərəfdaşlıq sadiqlik, səmimi niyyət və real maraqlar nümayiş etdirə və "yaşıl" artımın təşviqinə kömək edə bilər. Məhz bu cür praktiki tərəfdaşlıq mühüm yardım göstərəcək.
"COP28-də hökumətin iddialı tədbirlər üçün əldə edilən və reallaşdırılan fayda və stimulu maksimallaşdırmağa davam etdiyimizə zəmanət vermək üçün hər bir maraqlı tərəfi cəlb etməyə davam etməliyik. Biz COP29-dan başlayaraq COP30-a doğru körpü inşa etməliyik. Sənayeni fəaliyyətini aktivləşdirməyə çağırırıq", - deyə nazir sonda bildirib
Qeyd edək ki, bu gün Bakıda üç elektrik stansiyasının təməlqoyma mərasimi keçiriləcək. Söhbət 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasından gedir.
(Tərcümə: Rəna Əbdürəhmanova)