...

SOCAR-ın “Azneft” İstehsalat Birliyi və “Sakuraz Green Energy” şirkəti arasında Saziş imzalanıb

İqtisadiyyat Materials 13 İyun 2024 17:37 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi və “Sakuraz Green Energy” (“SGE”) şirkəti arasında geniş çeşiddə akkumulyatorların yenilənməsi və onlara xidmət göstərilməsi üzrə strateji əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, batareyaların istifadə müddətinin uzadılması və onlara texniki xidmətlərin göstərilməsi üzrə SGE ilə yeni əməkdaşlıq Sazişi SOCAR və onun Azərbaycandakı müəssisələri üçün dayanıqlı enerji həllərinə və xərclərə qənaətin təmin olunmasına imkan yaradacaq.

Tərəflər akkumulyator həlləri üzrə bütün istiqamətlər, o cümlədən tam akkumulyatorların sınaqdan keçirilməsi, logistikası, müntəzəm texniki xidmət sahələrində əməkdaşlıq edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti