Bakı. Trend:
2024-cü ilin yanvar-iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 80 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 155 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-iyun ayında
Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (95) qeydiyyata
alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi
kapitalı 72 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd
edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-iyun ayında Türkiyədə
Azərbaycan kapitalı ilə 59 ticarət şirkəti qeydiyyata alınıb. Qalan
şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.