Bakı. Trend:
Ozon marketpleys Rusiyadan malların satışını Azərbaycan sakinləri üçün açdı.
Bu barədə Trend-ə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycandan olan alıcılar Ozon.com vitrinində artıq 30 milyondan çox müxtəlif kateqoriyalı mallar tapa bilirlər - uşaq mallarından məişət texnikasına qədər. Çatdırılma təxminən 10 gün çəkəcək və müştərilər sifarişlərini evlərin yaxınlığında yerləşən ASE partnyor təslim məntəqələri olan Unitrade və Limak-dan ala biləcəklər.
Yaxın gələcəkdə respublikada sifariş üçün müəssər olan malların çeşidi 10 dəfədən artıq genişləndiriləcəkdir. Şirkət həmçinin ölkədə logistika infrastrukturunu - anbar komplekslərini, öz çatdırılma xidmətlərini və françayzing üzrə markalaşdırılmış sifariş qəbulu və təslimi məntəqələrinin şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.
“Azərbaycan, electron ticarətin artım tempinə görə ən dinamik inkişaf edən ölkələrdən biridir. Biz respublikada yerli sakinlərə 370 milyon məhsuldan istənilən birini ən yaxşı qiymətə, sürətli və rahat çatdırılma ilə sifariş etmək imkanı təklif etmək üçün biznesə başlayırıq. Əminik ki, bizim marketpleys yerli sakinlər üçün alış-verişin keyfiyyətini yüksəltməklə yanaşı, gələcəkdə yerli sahibkarların inkişafı üçün platformaya çevriləcək”, - “Ozon” şirkətinin MDB ölkələrində əməliyyatlar və inkişaf üzrə direktoru Aleksey Sapon bildirib.
Gələcəkdə şirkət yerli sahibkarları platformada satışa cəlb
etməyi və Azərbaycandan Rusiyaya və digər MDB ölkələrinə mal
axınına başlamağı planlaşdırır.
Ozon beynəlxalq biznesini 2020-ci ildən inkişaf etdirir. Hazırda
şirkət Rusiya Federasiyasından başqa 8 ölkədə fəaliyyət
göstərir.
Ozon - inkişaf etmiş logistik şəbəkəsinə malik çoxkateqoriyalı
marketpleysdir.
Saytda 20-dən çox kateqoriyalarda 370 milyondan artıq məhsul adı
təmsil olunur: kitab və geyimlərdən tutmuş qida və sağlamlıq
məhsullarına qədər. 50 milyon aktiv alıcı artıq inkişaf etmiş
logistik infrastruktura malik olan Ozon saytı üzərindən
sifarişlərini əldə edir, eyni zamanda da 500 min sahibkar Rusiya və
MDB ölkələrində mallarını satmağa imkan əldə edib.