...

Bakıda altı ayda satılan məhsulların məbləği məlum olub

İqtisadiyyat Materials 10 Avqust 2024 13:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,5% artaraq 15 milyard 892,1 milyon manat olub.

Bu barədə Trend-ə Bakı Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 6775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9%-i hüquqi şəxs statuslu müəssisələrdə 48,7%i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq məhsul satılıb. Beləliklə I yarımildə ümumi ticarət dövriyyəsinin 58.3%-i paytaxtın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti