...

Beş ildə azad edilmiş torpaqlardakı bərpaya 17,5 mlrd. manata yaxın vəsait ayrılıb

İqtisadiyyat Materials 24 Sentyabr 2024 18:37 (UTC +04:00)
Beş ildə azad edilmiş torpaqlardakı bərpaya 17,5 mlrd. manata yaxın vəsait ayrılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur:

"Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

2025-ci ildə iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub".

Xəbər lenti

Xəbər lenti