...

Ankara Esenboğa hava limanında sərnişindaşıma 9 milyon nəfəri keçib

İqtisadiyyat Materials 10 Oktyabr 2024 16:58 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin sentyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 9 milyon 806 min 600 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 7 milyon 318 min 177 nəfər, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 2 milyon 488 min 423 nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 96 min 173 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 59 min 161 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 37 min 12ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 5 faiz artaraq, 73 min 528 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 54 min 146, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 73 min 528 olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti