...

AMB-nin valyuta ehtiyatları artıb

İqtisadiyyat Materials 2 Dekabr 2024 15:25 (UTC +04:00)
AMB-nin valyuta ehtiyatları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 967,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bu göstərici noyabrın 1-i ilə müqayisədə 403,9 milyon manat və ya 3,6% azdır. Ötən ay bu göstərici 11 milyard 371,7 milyon manat olub.

Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 669,2 milyon və ya 5,7% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 351,9 milyon manat və ya 3,3% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti