...

Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat kapitalla yeni şirkət yaradıb

İqtisadiyyat Materials 4 Dekabr 2024 16:26 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat kapitalla yeni şirkət yaradıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dövlət qeydiyyatına alınıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, bu ilin sentyabrın 13-də dövlət qeydiyyatına alınan MMC-nin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC ilə eynidir.

Belə ki,”Zireh” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, 18 oktyabr küçəsi, ev.106-dır.

Nizamnamə kapitalı 6 milyon manat olan MMC-nin qanuni təmsilçisi isə Quliyev Abbas Nazir oğludur.

Sözügedən şəxs həm də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti