...

Bakıda ödənişli xidmətlərin dəyəri 9 faiz artıb

İqtisadiyyat Materials 13 Dekabr 2024 11:45 (UTC +04:00)
Bakıda ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 milyard 188 milyon manat olub.

Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 faiz çoxdur.

Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 933,3 milyon manatlıq xidmət göstərilib. Bildirilib ki, bu da xidmətlərin ümumi dəyərinin 95,9 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti