...

Avropa və Mərkəzi Asiya şirkətlərinin regional bazarlara inteqrasiyası son dərəcə vacibdir - Dünya Bankı

İqtisadiyyat Materials 10 Fevral 2025 11:49 (UTC +04:00)
Avropa və Mərkəzi Asiya şirkətlərinin regional bazarlara inteqrasiyası son dərəcə vacibdir - Dünya Bankı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Avropa və Mərkəzi Asiya şirkətlərinin dünya iqtisadiyyatına və regional bazara inteqrasiyası son dərəcə vacibdir.

Trend xəbər verir ki, bunu bu gün Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İvaylo İzvorski Dünya Bankının “World Development Report “ (Dünya İnkişafı haqqında Hesabat) adlı hesabatının Bakıda keçirilən təqdimatı zamanı etdiyi çıxışda bildirib.

“Avropada və Mərkəzi Asiyada həddən ziyadə çox kiçik müəssisələrin fəaliyyəti müşahidə olunur. Problem ondadır ki, şirkətlər böyümədikləri təqdirdə, onlar xarici texnologiyaları mənimsəyə bilmirlər və innovasiyalar üçün lazımi miqyasa malik olmurlar. Çox vaxt əsas maneə - məhdud bazar olur. Bazar kiçik olanda, şirkətlər genişlənmirlər. Ona görə də, dünya iqtisadiyyatına və regional bazarlara inteqrasiya son dərəcə vacibdir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bununla belə, biznesin genişlənməsi heç də hər zaman səmərəliliyin artımına yol açmır. Bir çox iri şirkətlər aşağı məhsuldarlılıq nümayiş etdirir. Dövlət müəssisələrinin təsiri region üçün əsas problemlərdən biri olaraq qalır – bu şirkətlər hələ də həddindən artıq təsirlərə malikdirlər.

“Məsələn, energetika sektorunda dövlət müəssisələri nəqlin 100 faizini, bərpaolunmayan yanacaqdan elektrik enerjisi istehsalının 80 faizini və paylamanın təxminən 70 faizini nəzarətdə saxlayır. Mərkəzi Asiyanın bəzi ölkələrində isə dövlət müəssisələrinin rəqabətli sahələrdə, məsələn çörək sexləri və mağazalar– payı 70-80 faizə çatır,” – deyə İ. İzvorski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti