...

Vergi daxilolmalarında artım müşahidə edilib

İqtisadiyyat Materials 13 Fevral 2025 11:06 (UTC +04:00)
Vergi daxilolmalarında artım müşahidə edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Vergi daxilolmaları 2018-ci ildə 100%, növbəti illərdə isə proqnoza münasibətdə daim artıq təmin edilib (artıq ödəmənin cəmi daxilolmaıardakı xüsusi çəkisinin azalması fonunda).

Trend xəbər verir ki, bu barədə Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda məlumat verilib.

Bildirilib ki, ötən il vergi daxilolmaları üzrə icra göstəricisi proqnoz göstəricisinə yaxınlaşması 2024-cü il üzrə proqnozun iyun ayında dürüstləşdirilərək 1.405.0 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 800,0 mln manat artırılması şəraitində baş verib.

Qeyd edək ki, bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilir.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti