...

Ötən ay Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 18 Fevral 2025 15:58 (UTC +04:00)
Ötən ay Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda 42 ədəd güc transformatorları və 178 ədəd elektrik tənzimləyici cihazlar istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə güc transformatorlarının istehsalı 24 ədəd (36,4%), elektrik tənzimləyici cihazlarnın istehsalı isə 9 ədəd (4,8%) azalıb.

Bununla yanaşı, ötən ay 99 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib ki, bu da, illik müqayisədə 73 ədəd və ya 3,8 dəfə çoxdur.

Bəhs olunan dövrdə Azərbaycanda 856,2 ton digər elektrik naqilləri istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk ayı ilə müqayisədə 21,7%, yaxud da 152,4 ton çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar ayı ərzində Azərbaycanda 66 ədəd güc transformatorları, 187 ədəd elektrik tənzimləyici cihazlar, 26 ədəd məişət soyuducuları və dondurucuları və 703,8 ton digər elektrik naqilləri istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti