Bakı. Trend:
Listinq məsləhət proqramı ilə əsasən çox böyük dəyər və böyük emissiya həcmi olan şirkətlər maraqlanır.
Trend xəbər verir, bunu Bakı Fond Birjasının Listinq şöbəsinin Baş məsləhətçisi Fərhad Mansurov bu gün Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə deyib.
O bildirib ki, buna səbəb kiçik şirkətlərin əsasən az investor bazası olması və buna görə də listinq məsləhət proqramına ehtiyac duymamalarıdır: "Kiçik şirkətlər ildə bir-iki dəfə emissiya etdiklərindən listinq məsləhət proqramına ehtiyac duymurlar."
"Listinq Məsləhət Proqramında 8 Şirkət var. Hazırda təqribən 58 şirkət listinq məsləhət proqramından faydalanır. Amma artıq məbləğlər 30-40 milyona gəldikdə onlar görür ki, bütün iqtisadiyyata çıxma imkanı əldə edə bilərlər", - deyə o vurğulayıb.