...

Azərbaycana gətirilən TC-1 markalı yanacağın gömrük rüsumundan azad edilməsinin müddəti uzadılıb

İqtisadiyyat Materials 4 Mart 2025 12:23 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın gömrük rüsumundan azad edilməsinin müddəti uzadılıb.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, sözügedən yanacağın gömrük rüsumundan azad edilməsinin müddəti 2025-ci ilin 31 dekabr tarixinədək uzadılıb. Daha öncə bu tarix 2024-cü ilin 31 dekabrınadəkdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti