...

"Azersky 2" peykini Azərbaycanda hazırlanmış ilk böyük peyk layihəsi kimi həyata keçməyi planlayırıq - “Azərkosmos”

İqtisadiyyat Materials 4 Mart 2025 16:40 (UTC +04:00)
"Azersky 2" peykini Azərbaycanda hazırlanmış ilk böyük peyk layihəsi kimi həyata keçməyi planlayırıq - “Azərkosmos”
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İllər öncə kosmosa peykimiz göndərilən zaman yerli mütəxəssislərimiz çox az olduğu üçün bu işə xaricdən mühəndislər cəlb olunmuşdu. Lakin hazırda peyk idarəetmə üzrə mütəxəssislərin hazırlanması ölkəmizdə “Azərkosmos” tərəfindən həyata keçirilir. Bu işdə Azərbaycan Mühəndislik Akademiyasının rolu danılmazdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Ümumdünya Mühəndislik Günü” münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“2013-cü ildə “Azərkosmos” fəaliyyətə başlayanda 80-dən çox əməkdaş var idi. Hazırda “Azərkosmos”un 230-dan çox əməkdaşı var. İşçilərin 35 faizi xanımlardır”, - deyə Dunay Bədirxanov əlavə edib.

“Azersky 2” proqramı barədə danışan D.Bədirxanov bildirib ki, proqramın əsas məqsədi Azərbaycanın yeni tələblərə uyğun 2 yüksək ayırdetməli optik peykinin buraxılmasıdır: “Bu proqram çərçivəsində mütəxəssislərimiz yeni biliklər əldə edəcəklər. Belə ki, mütəxəssislərimiz peyk istehsalçılarının yanında olacaq, peykin necə layihələndirilməsi, yığılması və zavoddan sınaqdan keçirilməsini öyrənəcəklər. Sonra həmin mütəxəssislər proqramın ikinci peykini Azərbaycanda icra edəcəklər. Bu o deməkdir ki, artıq “Azersky 2” peykini biz Azərbaycanda hazırlanmış ilk böyük və ciddi peyk layihəsi kimi həyata keçməyi planlayırıq. Bunun üçün Kosmik Aparatların İnteqrasiya və Sınaqdan Keçirilməsi Mərkəzinin yaradılması ilə məşğuluq”.

Bakı teleportu barədə də məlumat verən D.Bədirxanov deyib ki, yerüstü stansiyanın xidmətlərini C və Ku-band ilə Avropa, Orta Şərq, Mərkəzi Asiya və Afrika regionlarına çatdırmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti