Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,95 ABŞ dolları və ya 2,65% azalaraq 71,4 dollar/barel təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,96 dollar və ya 2,72% ucuzlaşaraq 70,12 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,96 dollar və ya 3,47% azalaraq 54,47 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,96 dollar və ya 2,73% ucuzlaşaraq 69,83 dollar/barel təşkil edib.
Martın 6-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.