...

Bank və telekommunikasiya sektorunda müştərilərə təhlükəsizlik üzrə əlavə zəmanətlər veriləcək

İqtisadiyyat Materials 6 Mart 2025 17:06 (UTC +04:00)
Bank və telekommunikasiya sektorunda müştərilərə təhlükəsizlik üzrə əlavə zəmanətlər veriləcək
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planına əsasən texnoloji risklərə qarşı görüləcək tədbirlər açıqlanıb.

Trend bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyadan məlumat əldə edib.

Məlumata görə, 2025-ci ilin dekbarın 1-ə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən cinayətin obyekti, predmeti, alət və ya vasitəsi qismində çıxış edən süni intellekt və ya əlaqəli texnologiyalardan istifadənin mənfi nəticələrindən (təzahürlərindən) biri kimi süni intellekt vasitəsilə cinayət əməllərinin daha çox törədildiyi bank və telekommunikasiya sektorlarında praktikada mövcud olan boşluqların (məsələn “fraud management”, “fraud monitoring” sistemlərinin mövcud olub-olmaması) müəyyən edilməsi istiqamətində təhlillərin aparılması və həmin sektorlarda operatorlar tərəfindən müştərilərə təhlükəsizlik üzrə əlavə zəmanətlərin (alətlərin) təqdim edilməsi ilə bağlı təkliflərin Komissiyaya təqdim olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti