...

Naxçıvanda universitet və ləğv olunmuş qurumlara məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

İqtisadiyyat Materials 8 Mart 2025 03:00 (UTC +04:00)
Naxçıvanda universitet və ləğv olunmuş qurumlara məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Dövlət Universiteti, ləğv olunmuş Babək, Şahbuz, Kəngərli, Ordubad rayon baytarlıq şöbələri, eləcə də ləğv olunmuş “Naxçıvan Duz İstehsalı” Müəssisəsinə məxsus bir sıra avtomobillər satışa çıxarılır.

Trend-in əldə etdiyi məlumata görə, siyahıda səkkiz nəqliyyat vasitəsi yer alıb.

Hərrac Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci il tarixində keçiriləcək.

Satışa çıxarılan nəqliyyat vasitələrinin satart qiymətləri 3150 manatdan başlayaraq 5400 manatadək dəyişir.

Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti