...

Azərbaycanda xam neft istehsalı 6%-dən çox azalıb

İqtisadiyyat Materials 17 Mart 2025 16:40 (UTC +04:00)
Azərbaycanda xam neft istehsalı 6%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 4,5 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, xam neft istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 294 min ton və ya 6,2% azalıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 4,8 milyon ton xam neft istehsal edilib.

Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır xam neft ehtiyatının miqdarı 263,1 min ton olub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycanda 29,1 milyon ton xam neft istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1,1 milyon ton və ya 3,7% azdır. 2023-cü ildə istehsal olunan xam neftin miqdarı 30,2 milyon ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti