...

Azərbaycandan Aİ ölkələrinə ixrac 40%-dən çox artıb

İqtisadiyyat Materials 18 Mart 2025 17:40 (UTC +04:00)
Azərbaycandan Aİ ölkələrinə ixrac 40%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 3,6 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyard ABŞ dolları, yaxud da 40,8% çoxdur. Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Avropa İttifaqı ölkələrinə 2,5 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Bəhs olunan dövrdə Aİ ölkələrindən Azərbaycana 487 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da, illik müqayisədə 129 milyon ABŞ dolları və ya 36% çoxdur. 2024-cü ilin ilk iki ayında Aİ ölkələrindən Azərbaycana 358 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib.

Hesablamalardan məlum olur ki, bu il Azərbaycandan Aİ ölkələrinə ixrac idxalı 7,3 dəfə üstələyib.

Qeyd edək ki, Azərbaycandan Aİ ölkələrinə ixrac ümumi ixracın 74,6%-ni, idxal isə ümumi idxalın 11,8%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti