Bakı. Trend:
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Trend-in əldə etdiyi məlumata görə, agentliyin 240 işçisi bu sığortadan yararlanacaq.
Belə ki, bir nəfər üçün bir illik sığorta məbləğinin ən azı 10 000 manat olması müəyyənləşdirilib.
Hazırda “Azərkosmos” bununla bağlı müvafiq işlərə yekun vurub və işçilərini sığortalayacaq şirkətlə - “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə müqavilə bağlayıb.
Müqqaviləyə əsasən, ASC-yə 71 760 manat ödənilib.