Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 87,1 min ton karbamid istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, karbamid istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 24 min ton və ya 21,6% azdır. Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanda 111,1 min ton karbamid istehsal olunub.
Qeyd edək ki, cari ilin martın birinə ölkədə hazır karbamid ehtiyatının miqdarı 27 min ton olub.
Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, əczaçılıq məhsullarının istehsalı 21,4%, kimya sənayesi məhsullarının istehsalı 11,4% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6% azalıb.