Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bank fəaliyyəti üçün lisenziya verilib.
Trend bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-a çatıb. Lisenziyası bu gün-martın 19-da verilən obyektin hüquqi ünvanı Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzindədir.
Filialın müdiri Əşrəfov Səbuhi İlham oğludur.
Qeyd edək ki, bir müddət əvvəl - ötən ilin noyabrın 18-də Mərkəzi Bank tərəfindən "Azərpoçt"un Xankəndi filialına da bank fəaliyyəti üçün lisenziya verilib.