...

Azərkosmos Azerspace-1 üzərindən “IoT” xidmətini aktivləşdirib

İqtisadiyyat Materials 19 Mart 2025 16:39 (UTC +04:00)
Azərkosmos Azerspace-1 üzərindən “IoT” xidmətini aktivləşdirib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərkosmos DynaSys Networks şirkəti ilə əməkdaşlıq çərçivəsində Azerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” (IoT) xidmətini aktivləşdirib.

Trend-ə bu barədə Azərkosmosdan məlumat verilib.

Qeyd edilib ki, bu addım Azərkosmosun qabaqcıl texnologiyaları və inkişaf etmiş peyk rabitə xidmətlərini IoT ekosistemi ilə birləşdirərək, kənd təsərrüfatı və hava keyfiyyətinin izlənməsi kimi sahələrdə ən müasir həllərin tətbiqinə imkan yaradır.

Azərkosmosun DynaSys ilə əməkdaşlığı, həmçinin Azərkosmosa öz peyk şəbəkə infrastrukturunu DynaSys-in hərtərəfli IoT platforması ilə inteqrasiya etmək imkanı verir. Bu da öz növbəsində, Avropa, Yaxın Şərq və Afrika regionlarında istifadəçilərə innovativ IoT tətbiqləri ilə əməliyyat səmərəliliyini artırmağa, resursları daha effektiv idarə etməyə və yeni gəlir axınları yaratmağa imkan yaradacaq.

IoT texnologiyası müxtəlif sahələrdə tətbiq olunur, məsələn, kənd təsərrüfatında suvarma sistemlərinin uzaqdan izlənməsi və nəzarət edilməsi, sənaye avadanlıqlarının peyk üzərindən izlənməsi, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı, biznes prosesləri və bank xidmətləri sahəsində - müştəri davranışlarının izlənməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ödəniş sistemlərinin optimallaşdırılması üzrə tətbiq sahələri mövcuddur.

Qeyd edək ki, DynaSys Networks Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti