Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) satışa çıxardığı 69 tip üzrə 1162 mənzilin real bazar qiymətini müəyyən etməyi planlaşdırır.
Trend-in əldə etdiyi məlumata görə, satışa çıxarılmış mənzillər 70 binada yerləşir. Nazirlik artıq qeyd olunan işlərlə bağlı müvafiq işlərə başlayıb.
Belə ki, ƏƏSMN hazırda satışa çıxardığı mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətini göstərəcək şirkət axtarışındadır.
Nazirlik eyni zamanda sözügedən xidməti göstərəcək şirkətə 18 624 manat ödəməyə də hazır olduğunu bildirir.