...

Azərbaycan hava limanlarında yaz-yay mövsümü - Yeni istiqamətlər və artan uçuşlar (FOTO)

İqtisadiyyat Materials 29 Mart 2025 11:46 (UTC +04:00)
Azərbaycan hava limanlarında yaz-yay mövsümü  - Yeni istiqamətlər və artan uçuşlar (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

30 mart 2025-ci il tarixindən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir. Yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan geniş marşrut seçimi

Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər:

  • Avropa: Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt
  • Yaxın Şərq: Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat
  • Türkiyə: İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman
  • Mərkəzi Asiya: Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd
  • Cənubi Asiya: Dehli, Mumbay, Lahor, İslamabad
  • BƏƏ: Dubay, Əbu-Dabi, Şarja
  • Digər istiqamətlər: Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx

Tranzit qovşağının gücləndirilməsi

Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.

Regional hava limanlarında genişlənən marşrut şəbəkəsi

Yaz-yay uçuş cədvəli çərçivəsində Azərbaycanın regional hava limanlarından uçuşların sayı artırılır və yeni istiqamətlər əlavə olunur:

Aeroport

İstiqamət

Aviaşirkət

Tezlik

Başlanğıc tarixi

Naxçıvan

Bakı

AZAL

Gündə 8+ dəfə

Daimi

Gəncə

AZAL

Həftədə 1 dəfə

1 aprel

İstanbul

“Turkish Airlines”

Həftədə 2 dəfə

1 aprel

İstanbul

“Ajet”

Həftədə 2 dəfə

3 iyun

Moskva

“Utair”

Həftədə 1 dəfə

3 aprel

Gəncə

İstanbul

“Turkish Airlines”

Həftədə 2 dəfə

1 aprel

İstanbul

“Ajet”

Həftədə 2 dəfə

3 iyun

İstanbul

“Pegasus”

Həftədə 2 dəfə

1 aprel

Moskva

“Aeroflot”

Həftədə 1 dəfə

30 mart

Moskva

“Utair”

Gündəlik

30 mart

Moskva

AZAL

Həftədə 3 dəfə

31 mart

Moskva

“Ural Airlines”

Həftədə 3 dəfə

3 aprel

Sankt-Peterburq

AZAL

Həftədə 1 dəfə

31 may

Lənkəran

Moskva

“Utair”

Həftədə 1 dəfə

5 aprel

Qəbələ

Əbu-Dabi

“Wizz Air Abu Dhabi”

Həftədə 3 dəfə

19 iyun

Füzuli

Bakı

AZAL

Həftədə 2 dəfə

Daimi

Sərnişinlərə tövsiyələr

Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərə alaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə etmək mümkündür.

Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almaları tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti