Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 4 254 ədəd məişət soyuducuları idxal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda soyuducuların idxalına çəkilən xərc 1,14 milyon ABŞ dolları olub.
Məişət soyuducularının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 171 ədəd və ya 3,9%, dəyər ifadəsi ilə 323 min ABŞ dolları, yaxud da 22,1% azalıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana 1,46 milyon ABŞ dolları dəyərində, 4 425 ədəd məişət soyuducuları idxal edilib.