Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.
Trend xəbər verir ki, bununla bağlı tənzimləyici qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriyalar, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:
Bankın sistem əhəmiyyətliliyi aşağıdakı mərhələlər əsasında müəyyən edilir:
- hər bir bank üzrə sistem əhəmiyyətlilik indeksi hesablandıqdan sonra həmin indeks 420 baza bəndi ilə müqayisə olunur;
- yekun sistem əhəmiyyətlilik indeksinin nəticələri 420 baza bəndi və bundan yüksək olan banklar sistem əhəmiyyətli bankların siyahısına daxil edilir.
Sistem əhəmiyyətli bankların siyahısı hər il 1 mart tarixinədək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə təsdiq edilir.
Sistem əhəmiyyətli bankların müəyyən edilməsi barədə qərar qəbul edildiyi tarixdən 5 (beş) iş günü ərzində bu barədə müvafiq banka və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı məlumat verilir və sistem əhəmiyyətli bankların siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində dərc olunur.
Azərbaycan Mərkəzi Bankının Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.