...

Azərbaycanda peşəkar mühasib sertifikatı olan şəxslərin sayı açıqlanıb

İqtisadiyyat Materials 10 Aprel 2025 13:43 (UTC +04:00)
Azərbaycanda peşəkar mühasib sertifikatı olan şəxslərin sayı açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Hazırda həmin reyestrə əsasən 5 657 nəfər peşəkar mühasib sertifikatı almış şəxs var.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və bir sıra publik hüquqi şəxslərin qarşısında qoyulan tələblərdən biri də baş mühasiblərinin peşəkar mühasib olmasıdır.

Peşəkar mühasib sertifikatı almış şəxslərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti