...

Dəniz nəqliyyatı ilə yü daşımaların həcmi 14%-dən çox artıb

İqtisadiyyat Materials 15 Aprel 2025 10:55 (UTC +04:00)
Dəniz nəqliyyatı ilə yü daşımaların həcmi 14%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu ilin birinci rübündə dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,2 milyon ton təşkil edib.

Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artıb. Yüklərin 46,8 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 3,5 milyon ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2,9 milyon tonunu və ya 82,7 faizini tranzit yüklər təşkil edib. 2025-ci il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 178 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,8 faiz azalaraq 5,9 min nəfər olub.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 4,2 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 55,9 milyon ton yük daşınıb. Yüklərin 4 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi avtomobil nəqliyyatı, 30,0 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 faiz təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında nəqliyyatçılar 472,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti