...

Azərbaycan ABŞ-nin ticarət tariflərinin birbaşa təsirindən böyük ölçüdə sığortalanıb – ING

İqtisadiyyat Materials 15 Aprel 2025 12:58 (UTC +04:00)
Azərbaycan ABŞ-nin ticarət tariflərinin birbaşa təsirindən böyük ölçüdə sığortalanıb – ING
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ABŞ-nin ticarət tariflərinin birbaşa təsirindən böyük ölçüdə sığortalanıb.

Trend bu barədə Niderlandın ING bank qrupuna istinadən məlumat verir.

Bildirilir ki, bununla yanaşı, Azərbaycan ABŞ-nin ticarət tariflərinin ikinci dərəcəli təsirlərdən tamamilə təcrid olunmayıb. Ölkədə daxili makroiqtisadi vəziyyət, əsasən, qənaətbəxş olsa da, diqqət yetirilməli əsas amillərə Çin və Aİ ilə ticarət əlaqələri, neft qiymətlərinə həssaslıq və artan inflyasiya təzyiqləri daxildir.

“Enerji qiymətlərinə təzyiq yanacaq ixracatçıları üçün kritik amildir. Azərbaycanın büdcə gəlirlərinin 52%-i və ümumi ixracatının 88%-i neftdən formalaşır. Bu cəhətdən Azərbaycanın enerji qiymətlərinin təzyiqinə qarşı daha dayanıqlı görünür. Bununla belə, Azərbaycan büdcəsi və cari hesabı üçün 63-64 dollar/barelə bərabər neftin qiyməti ilə daha izolyasiya edilmiş görünür”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti