...

Birinci rübdə Azərbaycanda istehsal edilmiş maye qazın həcmi açıqlanıb

İqtisadiyyat Materials 16 Aprel 2025 12:07 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda istehsal edilmiş maye qazın həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 56,9 min ton maye qaz istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 min ton və ya 4,5% azdır.

Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 59,6 min ton maye qaz istehsal olunmuşdu.

Bu ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,9 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,257 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti