...

"Ələt-Astara" dəmiryolu xətti 2027-ci ilədək tamamlanacaq - ADY rəsmisi

İqtisadiyyat Materials 16 Aprel 2025 15:39 (UTC +04:00)
"Ələt-Astara" dəmiryolu xətti 2027-ci ilədək tamamlanacaq - ADY rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Ələt-Astara" dəmiryolu xətti 2027-ci ilədək tamamlanacağına ümid edirik.

Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.

O qeyd edib ki, Orta Dəhlizin yarısı dəyişən cərəyanla çalışır. Yaxın iki ayda dəhlizin Hacıqabul-Ucar hissəsi dəyişən cərəyana keçəcək:

""Horadiz-Ağbənd" layihəsi üzrə 75 km yol çəkilib.

Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb. Podratçı şirkət seçilib. Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq. İki ilə layihənin tamamlanması planlaşdırılır".

Onun sözlərinə görə, hazırda "Ələt-Astara" dəmiryolunun yenidənqurulması işlərinə başlamışıq.

"Artıq Ələtdən Osmanlıya qədər olan hissədə cütxətli dəmiryolu yenilənməsi işləri davam etdirilir. Həmçini. Osmanlıdan Astaraya qədər olan hissədə də işlər aktiv şəkildə davam etdirilir. Ümid edirik ki, 2027-ci ilədək bu işləri tamamlayacağıq.

Həmçinin, bu layihənin davamı olaraq İran İslam Respublikası ilə birgə işlədiyimiz Astara Yük Terminalı layihəsidir. Terminalın gücü təxminən illik 3,5-4 milyon ton yükdaşıma gücünə malik olacaq. Cari ilin sonunadək bu layihə üzrə tikinti işlərinin tamamlanması gözlənilir", - ADY rəsmisi əlavə edib.

"Sumqayıt-Yalama dəmiryolu layihəsi üzrə yenilənmə işləri tamamlanmaq üzrədir. Bütün mənzillərdə işlər tamamlanıb. Son olaraq Yalama stansiyasında işlərimiz davam edir. Cari ilin sonunadək bu işləri yekunlaşdıracağıq. Toplam olaraq bu dəhliz üzrə 40 milyon tonadək yükaşırma qabiliyyətinə nail olacaq", - o bildirib.

T.Abbaslı əlavə edib ki, Orta Dəhliz üzrə həm dəyişən cərəyana keçid, həm də rabitə-işarələmə sisteminin yenilənməsində işlər aktiv şəkildə davam etdirilir.

"Hazırda ümumi 503 km olan dəhlizin yarısı dəyişən cərəyanla çalışır. Ucardan Bakıya qədər olan hissəsində də aktiv şəkildə işlərimizi davam etdiririk. Yaxın iki ay ərzində Hacıqabul-Ucar mənzili də dəyişən cərəyana keçəcək", - o bildirib.

O qeyd edib ki, Bərdə-Ağdam layihəsi üzrə artıq dəmiryolu xəttinin 47,1 km-ə qədər çəkilib.

"Hazırda Ağdam kompleksinin tikintisi tamamlanma mərhələsindədir. Növbəti ayın əvvəllərində artıq bu kompleksdə işlərin bitməsi nəzərdə tutulub. Orada həm şəhərlərarası, həm də rayonlararası marşurut, həm də dəmiryolu stansiyası fəaliyyət göstərəcək. Yəni Ağdamda bir hab rolunu oynayacaq stansiya olacaq", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti