Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda özü hərəkət edən nəqliyyat vasitələri ilə 28,7 milyon ABŞ dolları dəyərində 8,6 min ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 26,2 milyon ABŞ dolları və ya 1,9 dəfə az, miqdar ifadəsi ilə 219 ton və ya 2,6% çoxdur.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda özü hərəkət edən vasitələr ilə 54,9 milyon ABŞ dolları dəyərində 8,4 min ton yük daşınmışdı.
Hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 1,6 milyon ABŞ dolları dəyərində 671 ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 166 min ABŞ dolları və ya 9,3% az, miqdar ifadəsi ilə 450 ton və ya 3 dəfə çoxdur.
Ötən ilin müvafiq dövründə bu rəqəmlər 1,8 milyon ABŞ dolları və 221 ton idi.
Eyni zamanda, dövr ərzində özü hərəkət edən vasitələr ilə Azərbaycana 27,1 milyon ABŞ dolları dəyərində 7,9 min ton yük idxal edilib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə dəyər ifadəsi ilə 26,1 milyon ABŞ dolları və ya 1,95 dəfə, miqdar ifadəsi ilə 230 ton və ya 2,8% azdır.
Ötən ilin yanvar-mart aylarında bu nəqliyyat vasitəsilə Azərbaycana 53,2 milyon ABŞ dolları dəyərində, 8,2 min ton miqdarında yük idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.