Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti yeni ekskavatorlar sifariş edəcək.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı dövlət xidmətində müvafiq tədbirlər görülür.
Belə ki, qurum 8 ədəd təkərli ekskavator, 20 ədəd təkərli ekskavator yükləyiciləri, 2 ədəd isə tırtıllı ekskavatorlar satın alacaq.
Dövlət xidməti sözügedən vasitələrə müvafiq olaraq, 2,7 milyon manat, 3,7 milyon manat və 1,9 milyon manat sərf olunacağını ehtimal edib.
Qurum hazırda qeyd olunan nəqliyyat vasitələrini təhvil verəcək şirkət axtarışındadır.