...

"Şahdəniz"də 2006-cı ildən indiyədək hasilatın həcmi açıqlandı

İqtisadiyyat Materials 23 Aprel 2025 19:56 (UTC +04:00)
"Şahdəniz"də 2006-cı ildən indiyədək hasilatın həcmi açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2006-cı ildə Azərbaycanın "Şahdəniz" qaz yatağında hasilat başlanandan indiyədək təqribən 237 milyard standart kubmetr qaz hasil edilib.

Trend-in məlumata görə, bu barədə bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sosial şəbəkədə yazıb.

“Eyni dövrdə “Şahdəniz” layihəsi üzrə 49 milyon ton (təxminən 394 milyon barel) qaz kondensatı hasil edilib”, - o qeyd edib.

Aslanbəylinin sözlərinə görə, bp və onun konsorsium tərəfdaşları “Şahdəniz” yatağına 30 milyard dollara yaxın əsaslı məsrəflərə sərmayə qoyub, vəsaitin əsas hissəsi “Şahdəniz 2” layihəsinin həyata keçirilməsinə yönəlib.

“Bundan əlavə, 2024-cü ilin sonuna Azərbaycan Dövlət Neft Fondu (ARDNF) layihədən 7,7 milyard dollardan çox gəlir əldə edib”, - deyə o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti