...

Dövlət Ehtiyatları Agentliyi 295 min manatlıq yeni xidməti avtomobillər alır

İqtisadiyyat Materials 24 Aprel 2025 16:16 (UTC +04:00)
Dövlət Ehtiyatları Agentliyi 295 min manatlıq yeni xidməti avtomobillər alır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yeni xidməti avtomobillər sifariş edib.

Trend-in məlumatına görə, 8 ədəd Sedan tipli minik avtomobilinin alınması nəzərdə tutulub.

Məlumata əsasən, sözügedən nəqliyyat vasitələrinin 2024-cü il istehsallı olması, beş ədədinin rənginin qara, üçünün isə ağ olması əsas şərtlərdəndir.

Dövlət Ehtiyatları Agentliyinə sözügedən avtomobilləri “Roadster” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində 295 min manat alacaq.

Qeyd edək ki, dövlət agentliyinə avtomobilləri təhvil verəcək şirkət - “Roadster” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Həsənov Ülvi Bəhruz oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti