...

Yanacaqda olan texniki fərqlər Avropa bazarına ixracı çətinləşdirir - SGS eksperti

İqtisadiyyat Materials 25 Aprel 2025 17:22 (UTC +04:00)
Yanacaqda olan texniki fərqlər Avropa bazarına ixracı çətinləşdirir - SGS eksperti
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Yanacaq standardlarının uyğunsuzluğu beynəlxalq bazarlarda ciddi ixtilaflara səbəb ola bilər.

Trend xəbər verir ki, bunu “SGS” şirkətinin laboratoriyasının müdiri Dilarə Tağıyeva bu gün Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, bazarın əksər iştirakçıları post-sovet məkanında qüvvədə olan mövcud texniki şərtlər və standartlar barədə yaxşı məlumatlıdırlar. Bu normalar, ən sərt normalar olmasa belə, region ölkələrinin daxilində yanacaqdan səmərəli istifadəyə imkan yaradır.

“Lakin beynəlxalq bazarlara, xüsusilə Avropaya çıxış zamanı daha yüksək tələblər nəzərə alınmalıdır. Xüsusən, Avropa bunker yanacağı standartları daha çox parametri əhatə edir, keyfiyyət üzrə daha sərt normativlər və digər laborator müayinə metodları ilə fərqlənir”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti